Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hökumətdən kərə yağı ilə bağlı təccübləndirən açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumətdən kərə yağı ilə bağlı təccübləndirən açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kərə yağı ilə daxili təminat səviyyəsi 71% təşkil edir. Bu nisbət təəccüb doğurur.


 

2017-ci ildə Azərbaycanda 3 mlrd. 293,1 mln. manatlıq qida məhsulları istehsal olunub ki, bu da 2016-cı ilin göstəricisindən 1% çoxdur. Bu barədə  hökumətdən məlumat verilib.

 

Hökumətin materiallarına görə, 2017-ci ilin sonuna ölkə daxili istehsal hesabına mal əti ilə 86,3%, qoyun əti ilə 98%, quş əti ilə 79,7%, yumurta ilə 100,5%, süd və süd məhsulları ilə 86,1%, kartofla 89,2%, tərəvəz məhsulları ilə 100,2%, şəkərlə 60,5%, bitki yağı ilə 36,6%, marqarinlə 101,5%, kərə yağı ilə 71%, duzla 105,8% təmin olunub.

 

Meyvə və tərəvəz şirələrinin istehsalında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Meyvə və tərəvəz şirələrinin istehsalı üzrə özünü təmin etmə səviyyəsi 153,7%, meyvə və giləmeyvələrin istehsalı üzrə 122,4%, tərəvəz istehsalı üzrə 115,2% təşkil edir.

 

Ötən il respublikada ət istehsalı 4,8%, süd istehsalı 0,7%, marqarin istehsalı 8,6%, yodlaşdırılmış duz istehsalı 5%, qablaşdırılmış çay istehsalı 14,9%, pendir və kəsmik istehsalı 9,3% artıb.

 

Qeyd edək ki, marketlərdə daha çox xarici istehsal kərə yağları gözə dəyir. Son vaxtlar dünyada kərə yağı bahalaşdığından Azərbaycan bazarında da qiymətlər qaldırılıb.

 

© İnterfaks-Azərbaycan

09.03.2018 10:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ