Qəzvin-Rəşt dəmir yolu 94% tamamlanıb
"Qəzvin–Rəşt dəmir yolu xətti 2018-ci ilin birinci yarısında istifadəyə veriləcək".
Bunu açıqlamasında İran İslami Şura Məclisinin Qəzvindən olan nümayəndəsi Davud Məhəmmədi deyib.
Onun sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun tikintisi ilə bağlı işlərin 94%-dən çoxu artıq hazırdır. “Büdcə və Proqramlaşdırma Təşkilatı və Yol Nazirliyi ilə aparılan danışıqların nəticəsi olaraq deyə bilərəm ki, şimal-cənub dəhlizinin bu hissəsi gələn ilin birinci yarısında istifadəyə veriləcək”,- deyə D.Məhəmmədi qeyd edib.
D.Məhəmmədi layihənin gecikməsinə səbəb kimi büdcədə mövcud problemlərin olmasını göstərib: “Qəzvin-Rəşt dəmir yolu xətti sərnişin daşımasında, xüsusilə də sərnişinlərin ölkənin şimal bölgəsinə daşınmasında tıxacın və havanın çirklənməsinin qarşısını almaqda bizim üçün çox önəmlidir. Şimal–Cənub dəhlizi çox önəmli tranzit bir dəhlizdir. Xərclərin azalması, təhlükəsiz olması və əsas bir yol olması dəhlizin həm yük, həm də sərnişin daşıması üçün geniş potensiala malik olması baxımından önəmldir”.
D.Məhəmmədi əlavə edib ki, bu yol Hindistanın Bambey şəhərindən başlayır və Finlandiyanın Helsinki şəhərinə kimi uzanır, İran, Azərbaycan, Rusiya və Orta Asiya ölkələri bu dəhlizin üzərindədir.
Qeyd edək ki, 2006-cı ildən tikintisinə başlanılan Qəzvin–Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Qəzvin–Rəşt-Ənzəli-Astara dəmir yolu xətti Şimal–Cənub dəhlizinin əsas tikilməkdə olan halqasıdır. Bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlamasında deyib ki, cari ilin qışın sonuna kimi Qəzvin-Rəşt dəmir yolundan ilk yük qatarı hərəkət edəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl