Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"METAK", "Unicapital" şirkətilə əməkdaşlıq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"METAK", "Unicapital" şirkətilə əməkdaşlıq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın plastik boru istehsalçısı olan "METAK" şirkəti investisiya bazarı üzrə partnyorunu dəyişir. İndiyədək qiymətli kağızlar bazarı üzrə əməliyyatlarını "Azfinance" şirkəti ilə həyata keçirən "METAK" bundan sonra "Unicapital" investisiya şirkətilə əməkdaşlıq etmək niyyətindədir.


Belə ki, "METAK" özünün yeni istiqraz emissiyasını "Unicapital" şirkəti vasitəsilə həyata keçirəcək. Bu barədə məlumat verən "Unicapital"ın baş meneceri Heydər İbrahimli bildirib  ki, artıq "Unicapital" "METAK"ın yeni istiqrazlarının emissiyası ilə bağlı hazırlıqlara başlayıb. İstiqrazların 3 milyon manat həcmində buraxılması gözlənilir.

 

Bu, "METAK"ın ikinci istiqraz buraxılışı olacaq. "METAK" istiqrazlarının 2 milyon manatlıq ilk emissiyası yanvarın sonunda baş tutmuşdu. İstiqrazların nominal qiyməti 10 min manat, illik gəlirliyi 14% təşkil edirdi.  Amma həmin vaxt istiqrazlara maraq böyük olmamış və kağızları cəmi 3 investor almışdı. Sonradan qiymətli kağızlar bazarında baş verən dəyişiklik - dövlət istiqrazlarının və AMB-nin notlarının gəlirliyinin aşağı enərək 8-9%-ə düşməsi  fonunda "METAK" istiqrazlarına maraq artmışdı.

 

İndi isə "METAK" ikinci istiqraz emissiyasına hazırlaşır. "METAK"ın investisiya partnyorunu dəyişdiyini şirkətin özündə də təsdiqləyiblər. Şirkətdən bildiriblər ki, yeni partnyorun cəlb edilməsinin səbəbi bazar əməliyyatlarını diversifikasiya etmək və "Unicapital"ın təklif etdiyi şərtlərin daha əlverişli olmasıdır. 

 

© Fed

12.03.2018 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ