Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZAL Bakı-Gəncə və Bakı-Qəbələ aviareyslərinin bərpa olunacağı dəqiq tarixi açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Bakı-Gəncə və Bakı-Qəbələ aviareyslərinin bərpa olunacağı dəqiq tarixi açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Hava Yolları” (AZAL) QSC fevralın 15-dən etibarən Bakı-Gəncə, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

 

Bunu açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. 

Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək. 

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) saat 11:05-də uçan təyyarə, Gəncə Beynəlxalq Hava Limanına (KVD) saat 12:05-də enəcək. Gəncədən saat 13:05-də uçan təyyarə isə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 14:05-də çatacaq. Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 17:25-də. Qəbələdən uçuş saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə saat 19:10-da olacaq”. 

Paşa Kəsəmənski deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.

XXXX 15:45

Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq. 

 

Sözügedən istiqamətdə uçuşlar həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar günləri) olmaqla “Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən həyata keçiriləcək.

28.01.2017 12:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ