Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Kapital Bank” hər səhmə 6,32 manat dividend ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank” hər səhmə 6,32 manat dividend ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kapital Bank” ASC 2017-ci ilin yekununda əldə etdiyi 94 milyon 839,9 min manat xalis mənfəətinin hamısını səhmdarlarına divident kimi ödəyəcək.

 

Bununla bağlı qərarın Bankın səhmdarlarının sabah keçiriləcək ənənəvi illik yığıncağında qəbul ediləcəyi gözlənilir.

 

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası səhm sahiblərinə divident ödənilməsinə razılıq verib. Fiziki şəxslərə ödəniləcək dividentdən vergi tutulmayacaq.

 

“Kapital Bank”ın 185,85 mln. manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. ədəd səhm əsasında formalaşdığından, hər səhmə görə 6,32 manat və yaxud onun nominal dəyərinin təxminən 51%-i qədər divident ödəniləcək. Bu isə ötən illə müqayisədə 81,1% və yaxud 2,83 manat çoxdur.

 

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 180 fiziki şəxsə məxsusdur. 

 

© Report

13.03.2018 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ