Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fərid İsmayılzadə Palatanın göstərişinə münasibət bildirdi - "ÜMİD EDİRƏM Kİ,..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fərid İsmayılzadə Palatanın göstərişinə münasibət bildirdi - "ÜMİD EDİRƏM Kİ,..."

İş adamı, "Kampaniya dayandırıldı, amma ümid edirəm ki, Palata da bu məsələdə zəruri dəstəyini göstərəcəkdir" şəkildə fikir bildirərək məcburi göstərişdən məmnun olmadığını biruzə verib.



 

Reklam_3_11

Məşhur onlayn ödəmə portalı Hesab.az-ın sahibi "Qolden Pey" ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yazılı götərişinə münasibət bildirib. 


"Gün ərzində çox məşğul olmuşam deyə, Maliyyə Bazarlarına Nəzarət Palatasının etdiyi xəbərdarlıq barədə indi fikir söyləyə bilirəm. Əlbəttə, buna sevinənlər və bununla bağlı çox narahat olan dostlarım var. Bildirmək istəyirəm ki, xəbərdarlıq məktubunda qeyd edilən qanun sığorta məhsulunun satışına görə endirim və ya hədiyyənin verilməsini qadağan edir, bazanın toplanmasına görə deyil. İstənilən halda, Palatanın məktubunu, planlaşdırdığımız əməkdaşlıqları və böyük layihələri nəzərə alaraq kampaniyanı dayandırırıq. Məlumdur ki, biz ölkədə nağdsız ödənişlərin inkişafına hansı töhvəni vermişik və verməkdə davam edirik. Ölkədə nağdsız ödənişlərin inkişafına ölkə rəhbərliyi səviyyəsində dəstək göstərilir. Əminəm ki, ölkəmizdə sığortanın online satışı sürətlə inkişaf edəcək və Palata da bu məsələdə zəruri dəstəyini davam etdirəcəkdir",- "Marja" xəbər verir ki, tanınmış iş adamı Facebook səhifəsində yazıb.

 

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirilən sığorta bazarının monitorinqi zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixləri aralığında hədiyyəli yarışın keçirildiyi müəyyən edilib.

 

Məlumata görə, “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.

 

Palatadan isə “Qolden Sığorta Agenti” MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

 

Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat verilib. 

13.03.2018 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ