“Alfa Romeo”nun “cip”i Bakıya gətiriləcək

“Fiat Chrysler” avtomobil qrupunun “Alfa Romeo” brendi üzrə ilk SUV avtomobili – “Stelvio” modelinin Azərbaycanda da satışı həyata keçiriləcəkdir.

 

Bunu “Marja”ya “Fiat Chrysler Automobiles Group”un Azərbaycanda yeni rəsmi dileri “Avtolux Azərbaycan” şirkətindən brend meneceri Azər Cəlilov bildirib.

 

“Fiat Chrysler” qrupu Los-Ancles  avtomobil sərgisində “Alfa Romeo Stelvio” modelini nümayiş etdirib.  Bu ilin ortalarından etibarən bu avtomobilin satışına başlanacaqdır. Biz də 2017-ci ilin ortalarından etibarən” Stelvio” modelini Bakıya gətirib satışına başlayacağıq”.

 

Azər Cəlilov bildirib ki, “Avtolux Azərbaycan” şirkətinin salonunda hazırda “Alfa Romeo” brendinin “Mito”, “Giulia”  və “4C” modelləri mövcuddur. Fevral ayından etibaran “Giulietta” modelinin satışına başlanacaqdır.

29 Yanvar 2017 , 20:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin