Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"3 aydır yoxlamaları dayandırmışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"3 aydır yoxlamaları dayandırmışıq"

Vergilər Nazirliyi vergi ödəyicilərindən vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri martın 31-dək qəbul edəcək. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

 

Reklam_3_11

"Hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri öyrənilir. Vergi ödəyiciləri vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər", - deyə o bildirib.

 

Nazir müavininin sözlərinə görə, Vergilər Nazirliyi ölkədə vergi sisteminin inkişafı çərçivəsində struktur və kadr islahatlarını davam etdirəcək.

 

S.Ələkbərov vurğulayıb ki, nazirlik artıq 3 aydır ki, yoxlamaları dayandırıb.

 

"Hazırda biz daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində işləyirik. Məqsədimiz vergi yoxlamalarının keyfiyyətinin artırılması, bu istiqamətdə yeni yanaşmaların tətbiq edilməsidir. Biz yoxlamaların sayını daha da azaldacağıq. Riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq", - deyə o qeyd edib.

 

S.Ələkbərov əlavə edib ki, nazirlik vergi ödəyiciləri tərəfindən vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsini qarşıya hədəf qoyub. "Vergilər Nazirliyi biznes-strukturlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır və sahibkarlardan da eyni addımı gözləyir", - deyə nazir müavini vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

14.03.2018 07:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ