Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı təbdir keçirilib.

 
Tədbirdə lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemlərini vasitəsilə portala inteqrasiya olunan təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Reklam_3_11

 

Nazirinin müavini Sahib Məmmədov bildirib ki, “Lisenziyalar və icazələr” haqqında əsasnamənin təsdiq edilməsi prezidentin fərmanının icrası məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikası yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hazırlanıb. Ötən ilin dekabrında ilkin təqdimatı keçirilən portal sahibkarların rəy və təkliflərini nəzərə almaqla təkmilləşib və artıq sahibkarların istifadəsinə verilib.

 

Artıq www.lisenziya.gov.az ünvanına müraciət etməklə nazirlik tərəfindən lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, müvafiq qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür.

 

XXX

 

Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib. 

 

Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır. 

 

"Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir", - deyə o, qeyd edib. 

 

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır. 

 

Sahibkarlar portala daxil olaraq, fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə lisenziyanı və ya icazəni elektron qaydada ala biləcək, lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər.

14.03.2018 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ