Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rusiya Bankı ölkədən kapital axınının səbəbini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Bankı ölkədən kapital axınının səbəbini açıqlayıb

 

Rusiyadan kapital axını əvvəlki illərdə olduğu kimi, bankların xarici öhdəliklərini yerinə yetirməsi hesabına deyil, yerli şirkətlərin xaricdə aktivlərinin artması hesabına baş verir. 

 

Bu barədə Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir. 

 

Qurum bəyan edib ki, neftin bahalaşması fonunda şirkətlər əlavə gəlirlərini xaricdə saxlamağa üstünlük verdiklərindən kapital axını dayanır. 

 

Bu ilin yanvar-fevral aylarında Rusiyadan xalis kapital axını 9,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Rusiya Bankının proqnozlarına görə, bu il ölkədən xalis kapital axınının məbləği 16 mlrd. dollar, 2019-2020-ci illərdə isə 8-9 mlrd. dollar təşkil edəcək. Baxmayaraq ki, bu ilin ilk 2 ayı ərzində proqnozlaşdırılan kapitalının axınının, təqribən, 61%-i artıq reallaşıb. 

 

Xatırladaq ki, Rusiya prezidentinin müşaviri Serqey Qlazyev son 30 ildə Rusiyadan 1 trln. dollardan çox vəsaitin xaricə axdığını açıqlayıb. 

 

Rusiyanın "Renessans Kapital" investisiya şirkətinin baş iqtisadçısı Oleq Kuzmin isə əlavə neft gəlirlərinin ölkə daxilində qalmamasına səbəb kimi vəsaitdən istifadə yerlərinin məhdud olmasını göstərib.

 

©Report

14.03.2018 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ