Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankdan yenilik: Parkinq haqqını telefonunuz vasitəsilə ödəyin!

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankdan yenilik: Parkinq haqqını telefonunuz vasitəsilə ödəyin!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-ci ilin sonlarından  etibarən PAŞA Bank korporativ müştərilərinin işçilərinə  fərdi bankçılıq xidmətləri göstərməyə başlamışdır.

 

Reklam_3_11

Korporativ müştərilərin işçiləri PAŞA Bankın fiziki şəxs müştəriləri hesab olunur. Ötən ildən başlayaraq PAŞA Bank fərdi bankçılıq xidmətlərini sürətlə inkişaf etdirir, bu xidmətlərin tam rəqəmsallaşdırılmasını hədəfləyərək Mobil bank əlavəsinin təkmilləşdirilməsilə xüsusi diqqət yetirilir.

 

Bankdan “Marja”ya bildirildi ki, mobil bank əlavəsində standart xidmətlər ilə yanaşı, Azərbaycan bazarında ilk dəfə təqdim edilən xidmətlər də mövcuddur. Standart xidmətlərdən  kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s. üzrə ödənişləri,  kredit ödənişlərini, taksi gediş haqqının ödənişini, büdcə ödənişlərini, kredit sifarişini və s. sadalamaq olar. Onlayn növbə xidməti və səfirliyə məktubun təqdim edilməsi üçün müraciət xidməti Bankımızın tətbiq etdiyi yeniliklərdəndir.

 

Artıq Parkinq haqqı telefon vasitəsilə ödənilir

 

PAŞA Bank rəqəmsallaşmada öndə gedən banklardan biri olaraq Azərbaycanda ilk sayılacaq yeniliklərə də imza atır. Bu yeniliklərdən biri Parkinq haqqının ödənişi xidmətidir.

 

 “Parkinq haqqının ödənişi xidməti bazarda ilk dəfə təqdim edilən bir yenilikdir. Bu xidmətdən istifadə etmək üçün PAŞA Bankın kart sahibinin telefonuna PAŞA Bank mobil bank əlavəsi yükləyib qeydiyyatdan keçməlidir.

 

Xidmətdən istifadə etmək üçün kart sahibi PAŞA Bankın Mobil bank əlavəsinə daxil olur və menyudan parkinq xidmətini seçir. Xidmət açıldıqdan sonra telefon avto dayanacağa daxil olduqda verilmiş parkinq çekinin üzərində tutulur. Telefondakı proqram kamera vasitəsilə çekin üzərindəki barkodu oxuyur, ödəniləcək məbləğ ekranda göstərir. Müştəri razılıq verdikdən sonra məbləğ kartdan silinir”.

 

Artıq növbəyə durmağa və pul xırdalamağa ehtiyac yoxdur

 

Bu xidmət sayəsində, xüsusilə həftə sonları avtomobil dayanacağından çıxan zaman ödəmə terminalı qarşısında növbəyə duraraq vaxt itirməyəcəksiniz. Digər bir narahatlıq isə ödəmə aparatlarının iri əskinazları daha aşağı nominallı əskinazlar ilə dəyişməməsi ilə bağlı olurdu. Parkinq haqqının PAŞA Bank Mobil bank əlavəsi ilə ödənişi xidməti bu cür narahatlıqların aradan qaldırılmasına imkan verir.

 

Bakıda "Garage Parking Nizami" və “28 Mall” ticarət mərkəzinin avtodayanacaqlarında bu xidmətdən istifadə etmək olar. Bu xidmət ilə əhatə olunan avtodayanacaq sayının artırılması üçün müvafiq işlər görülür.

 

Bu yenilikçi xidmətlərin təqdim edilməsində başlıca məqsəd PAŞA Bank müştərisinin filiala gəlməsini minimuma endirərək onların vaxtına qənaət etməkdir:

 

“Çalışırıq ki, müştərilərimizin diqqəti əsas işlərindən yayınmasın, bank xidmətlərindən məsafədən istifadə etsinlər.

 

Mobil bank əlavəsindən istifadə geniş yayılmamışdan öncə bir filiala düşən müraciət sayı çox idi və müraciətlərin əksəriyyəti kreditin alınması ilə bağlı idi. Artıq kredit üçün müraciət yalnız mobil bank əlavəsi vasitəsilə qəbul olunur və 3 gün ərzində müştəri ilə əlaqə saxlanılır; müsbət cavab olduqda müştərinin onlayn növbə ilə filiala yaxınlaşması xahiş olunur”.

 

Səfirliklərə göndəriləcək məktubu banka gəlmədən sifariş edin

 

Səfirliklərə verilən məktubun alınması ilə bağlı müraciət etmək  üçün artıq banka gəlməyə ehtiyac yoxdur: “ İndiyədək məktub sifariş etmək üçün filiala gəlmək lazım idi. Müştərinin sifarişindən sonra məktub hazırlanır, filial müdiri tərəfindən təsdiqlənirdi. Təqdim edilmiş təkmilləşdirmə sayəsində Müştəri artıq banka gəlmədən mobil əlavə vasitəsilə ölkəni qeyd edərək məktubu sifariş verir, xidmət haqqını da kartından ödəyir. Daha sonra isə müştəri filiala yaxınlaşaraq məktubu götürür. Beləliklə, bir məktubun alınması üçün müştəri banka iki dəfə deyil, bir dəfə gəlir”.

 

Müştərilərimizin istifadəsinə Endirim platforması verilmişdir

 

PAŞA Bank kartları üzrə Endirim Platforması da yaradılıb: “Tezliklə, platformaya qoşulan restoranların, kafelərin, mağazaların, klinikaların və s. sayı artırılacaqdır. Artıq bir sıra ticarət və xidmət obyektləri platformaya qoşulmuşdur. Tərəfdaş şəbəkə qurulub və PAŞA Bank kart sahibləri bu şəbəkələrdə nağdsız ödənişlər etdikdə endirimlərdən yararlanacaqlar. Həmçinin, bu platforma nağdsız ödənişlərin artmasına da öz töhfəsini verəcəkdir”.

 

ATM-lərə getməyin marşrutu təqdim olunacaq

 

PAŞA bankın mobil bank əlavəsində ATM-lər ilə bağlı yeni xidmət istifadəyə veriləcəkdir:

 

“Müştərilər mobil bank əlavəsində ATM-lərin ünvanlarını və həmin ünvanlara necə getməyin xəritə üzərində marşrutunu görə biləcəklər. Yaxın gələcəkdə bu xidmət də aktiv ediləcəkdir.  

 

PAŞA Bank 2 növ bankomatlara malikdir: Yalnız nağd pulun çıxarılması funksiyalı və 3-ü birində (kartın balansını artırmaq, kartdan pul çıxarmaq və valyutadəyişmə) funksiyalı ATM-lər. Mobil bank əlavəsində ATM-in hansı imkanlara malik olduğunu da öyrənmək mümkün olacaqdır”.

 

Qeyd edək ki, sayı gündən-günə artan kart müştərilərinin həyatını asanlaşdırmaq üçün PAŞA Bankın Mobil bank əlavəsi və interfeysi daha da təkmilləşdiriləcəkdir. Yenilikləri PAŞA Bankın rəsmi internet səhifəsində, eləcə də sosial səhifələrində izləyə bilərsiniz!

16.03.2018 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ