Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Nəhəng şirkət mağazalarının hamısını bağlayacaq, 30 min insan işsiz qalacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng şirkət mağazalarının hamısını bağlayacaq, 30 min insan işsiz qalacaq

Dünyanın ən böyük oyuncaq şirkətləri arasında yer alan Toys "R" Us çətin günlər keçirir. "Marja" xəbər verir ki, Şirkətin ABŞ-da fəaliyyət göstərən bütün mağazalarını bağlayacağı öyrənilib.


"Bloomberg"in məsələyə yaxın bir mənbəyə istinadən verdiyi xəbərə görə, Toys "R" Us-ın İcraçı direktoru Dave Brandon Çərşənbə günü əməkdaşları ilə şirkətin Nyu-Cersidəki ofisində toplantı keçirib. Brandon, son günlər şirkətin ABŞ-dakı bütün mağazalarının bağlanacağına dair şayiələri təsdiq edib və işçilərinə bəyanat verib.
 

Reklam_3_11

Nəhəng şirkət 740 mağazanın hamısını bağlayacaq və 30 min şəxsi heyəti işdən çıxaracaq.

 
Şirkət 5 milyard dollarlıq ağır borc yükü içindədir və ABŞ-dakı əməliyyatlarına alıcı tapa bilmir. 
 

09% KOMİSSİYA İLƏ PUL KÖÇÜRMƏLƏRİ

 

Şirkətin Kanadadakı əməliyyatları üçün isə ümid işığı varr. İcraçı direktor Brandon, 80 mağazanın fəaliyyət göstərdiyi Kanada üçün istəkli investorlar olduğunu deyib. Əgər razılaşma əldə olunarsa, bu ölkədə əməliyyatlar davam edəcək.


Şirkətin İngiltərədə də 105 mağazası var. İlk fazada şirkətin bu ilin ikinci rübündə ümumilikdə 25 mağazasının bağlanması planlaşdırılır. Alıcı tapmaması vəziyyətində İngiltərədə də cəmi 3 min adam işini itirəcək.
 

Toys "R" US, istehlakçıların artıq onlayn alış-veriş etdiyi bir dövrdə, rəqəmsal satışda geri qaldıqlarını qəbul etmişdi. Ağır borc yükü də şirkəti iflasa aparıb.

16.03.2018 07:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ