Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Audatex"in Azərbaycanda tətbiqi üçün işçi qrupu yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Audatex"in Azərbaycanda tətbiqi üçün işçi qrupu yaradılır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçıların "Audatex Azərbaycan" şirkəti ilə görüş keçirilib. 

 

ASA-dan "Marja"ya daxil olmuş məlumat görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Audatex Azərbaycan şirkətinin nümayəndələri və sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak edib.

 

Görüş zamanı "Audatex Azərbaycan" şirkətinin nümayəndəsi sistemin fəaliyyət mexanizmi barədə sığortaçılara məlumat veribvə "Audatex" sisteminin Azərbaycan sığorta bazarında tətbiqi məsələsi müzakirə edilib. Həmçinin, sistemin Azərbaycanda tətbiqi üçün mövcud problemlər barədə fikir mübadiləsi aparılıb və bunun həlli üçün təkliflər irəli sürülüb.

 

Görüşün yekununda "Audatex" sisteminin tətbiqi üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində İşçi Qrupunun yaradılması qərara alınıb.


Qeyd edək ki, Audatex fəaliyyətini Solera nəzdində həyata keçirən və İsveçrədə yerləşən Audatex Holding GMBH ve Audatex GMBH şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılmışdır. Audatex 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmir mərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxmışdır.

 

1971-ci ildə Audatex zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunmuşdur. Audatex zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim etmiş beynəlxalq şirkətdir. Bu ölkələrdə Audatex sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərək bu sahədə standartları müəyyən edir və sektoru istiqamətləndirir.

16.03.2018 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ