Ailə NET internetin sürətini artırır
Ailə NET internet qiymətlərini daha sərfəli edib.
"Caspian Telecom"un mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, 17 Mart 2018-ci il tarixindən etibarən Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli fiber-optik internetdən istifadə edəcəklər. Belə ki, aylıq 18 azn təşkil edən, minimal 10 Mbit/s internet tarifi artıq 15 Mbit/s-dək daha sürətli olacaq. Gecə saatları isə, 00:00-dan 12:00-dək sürət daha da artaraq 20 Mbit/s-dək yüksələcək.
Daha yüksək Ailə NET internet tariflərində də sürət artımı olmuşdur, yenilənmiş tariflərlə ətraflı http://aile.tv/tariffs internet səhifəsində tanış olmaq mümkündür.
Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur. Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur.
Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
18 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək