Dollar "Fed"dən sonra 1 ayın ən aşağı səviyyəsinə düşdü
Dollar, ABŞ Mərkəzi Bankının (Fed) 2018-ci ilə dair faiz artırımı sayını 3 dəfədə saxlamasının ardından ucuzlaşıb və bir ayın ən aşağı səviyyəsinə enib.
"Marja" xəbər verir ki, ABŞ Dollarının mühüm bazar pulları qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar İndeksi, Çərşənbə günü 0.9% düşməsinin ardından Cümə axşamı günü erkən əməliyyatlarda 0.1 faiz də düşərək 20 Fevraldan bu yana ən aşağı səviyyəsinə enib.
Dünən 1.22 səviyyələrində olan Avro/dollar məzənnəsi 1.2368 səviyyəsinədək qalxıb (Dollar uculaşıb, Avro bahalaşıb).
Dollar İndeksi isə 89.48 səviyyəsinədək geriləyib.
İnflyasiyanın böyük bir ehtimalla 2 faiz səviyyəsində sabitləşəcəyini qeyd edən Fed, dünən başa çatan iclasda maliyyələşmə faizini bazar proqnozuna paralel olaraq 25 bənd artıraraq 1.50 - 1.75 faiz səviyyəsinə qaldıdı.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
İnvestorlar 2018-ci ildə Fed-in 3 əvəzinə 4 dəfə faiz artıracağını gözləyirdi. Lakin dünən Fed 2018-ci ildə 3 dəfə fazi artıracağını gözlədiyini bəyan etdi. Ötən ilin sonunda da faizin 3 dəfə artırılacağının gözləndiyi açıqlanmışdı. Yəni, bazarlar üçün Fed sürpriz etmədi. Bu səbəbdən Dollar ucuzlaşır. Əgər Fed 2018-də 4 dəfə faiz atıracağını açıqlasa idi, Dollar bahalaşa bilərdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl