Rusiya OPEC müqaviləsilə əlavə 21 milyard dollar gəlir əldə edib
Bildiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bəzi OPEC-ə daxil olmayan istehsalçı ölkələr arasında müqavilə bağlanıb. Bu müqavilə ilə ölkələr neft qiymətlərini qaldırmaq üçün hasilatlarını azadırlar.
"Marja"nın məlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, müqavilə sayəsində Rusiya büdcəsi 2017-də əlavə 21 milyard dollarlıq gəlir əldə edib.
Novak, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, OPEC müqaviləsinin ötən il uğurla həyata keçirildiyini bildirib.
Müqavilə sayəsində neftin qiymətlərində artım baş verdiyinə işarə edən Novak, "Sözügedən artım sayəsində Rusiyanın federal büdcəsi ötən il 21 milyard dollarlıq gəlir əldə edib",- deyib.
Rusiya, OPEC ilə bağladığı müqaviləyə görə gündəlik neft hasilatını 300 min barel azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl