Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan banklarında problemlər azalmağa doğru gedir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan banklarında problemlər azalmağa doğru gedir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər”.

 

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib. Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya olunmuş kreditlər üçün ayrılan ehtiyatların az olması aktivlərin keyfiyyətinə mənfi təsir etməkdə davam edir: “Ötən il Beynəlxalq Bankın öhdəliklərinin və aktivlərinin restrukturizasiyası bank sektorunun ən mühüm inkişaf göstəricisi olub. Bankın bütün problemli aktivləri dövlətə məxsus bank olmayan kredit təşkilatına ötürülüb, riskli aktivləri azalıb və kapital mövqeyi bərpa olunub. Buna baxmayaraq, Beynəlxalq Bankın 1,8 milyard dollar həcmində açıq valyuta mövqeyi qalmaqdadır, lakin bank 2018-ci ilin ortalarına kimi bunu yaxşılaşdırmağı planlaşdırır”.


Ümumiyyətlə, “Fitch” mütəxəssisləri hesab edir ki, sektor üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 20%-ə qədər sabitləşib. Onların fikrincə, restrukturizasiya olunmuş kreditlərin həcmi kifayət qədər yüksəkdir (ümumi kreditlərin 25%-i), xarici valyutada verilmiş kreditlər (ümumi kreditlərin 41%-i) də aktivlərin keyfiyyətinə mənfi təsir edir: “Beynəlxalq Bankın restrukturizasiyası, ümumilikdə ötən il sektorda kapital mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Gürcüstan və MDB regionu üzrə ən yüksək kapital adekvatlığı əmsalı Azərbaycan banklarındadır. Sektor üzrə yüksək kapital əmsalının olmasına baxmayaraq, bir neçə bankın kapital mövqeyi hələ də zəifdir. Bu banklardan bəziləri 2018-ci ildə kapitallarını artırmağı planlaşdırır”.

 

“Fitch”in analitikləri bildirib ki, bu il Azərbaycanın iqtisadi vəziyyəti yaxşılaşdığından kreditlərə olan tələb də artacaq. “Lakin kreditləşmənin yüksək kapital mövqeyi və likvidliyə malik bir neçə bankın əlində cəmləşəcəyi ehtimalı yüksəkdir,” - deyə məlumatda qeyd olunub.

 

© APA

23.03.2018 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ