Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bir şüşə qab üçün 3 manat ödəyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir şüşə qab üçün 3 manat ödəyirik"

“Ölkəmizin ən böyük ixrac potensialından biri şərablardır. Lakin məhsulun dünya standartlarına uyğun qablaşdırılmasında problemlər var. Onlardan biri, daha doğrusu, ən vacibi şüşə qablardır".

 

"Marja" xəbər verir ki, bunu “Tovuz-Baltiya” LTD-nin rəhbəri Naiq Məmmədhəsənov bildirib və davam edib.

 

"Doğrudur, ölkədə şüşə qab istehsal edən zavod var. Lakin həmin müəssisə təkcə araq üçün qab istehsal edir. Biz də məcbur olub Gürcüstandan, Rusiyadan, Moldovadan, Çexiyadan, eləcə də Fransadan şüşə qab alırıq. Bu da məhsulun maya dəyərini bahalaşdırır. Təsəvvür edin ki, bir şüşə qab üçün 3 manat ödəyirik. Qapaq və etiketi də bunun üstünə gəlsək, görün hər il ölkəmizdən nə qədər valyuta çıxır. Üstəlik, xaricdəki partnyorlarımızla qiymət rəqabətində uduzuruq. Son hesablamalara görə, keçən il təkcə şüşə qabların alınmasına 79 milyon dollar vəsait xərclənib.Yaxşı olardı ki, bu sahədə müvafiq tədbirlər görülsün”.

 

Azərbaycanda ilk özəl şirkətlərdən olan “Tovuz-Baltiya” LTD-nin istehsal etdiyi alkoqollu və alkoqolsuz içkilərə dünyanın bir çox ölkələrində böyük maraq göstərilir. Əsası 1989-cu ildə qoyulan “Tovuz-Baltiya” LTD şirkəti hazırda “Naiqin KO” korporasiyasının strukturlarından biridir və əsas məqsədi üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalıdır. “Tovuz-Baltiya” LTD Tovuz rayonunun Qovlar şəhərində yerləşir. 123 nəfər işçiyə malik Şirkətin 67 hektar üzüm bağı var.  

 

27.03.2018 04:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ