Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda ilk özəl şirkətlərdən biri İordaniyadan təklif alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk özəl şirkətlərdən biri İordaniyadan təklif alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın şərəb istehsalçısı “Tovuz-Baltiya” LTD bu yaxınlarda İordaniyadan təklif alıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, şirkətin rəhbəri Naiq Məmmədhəsənov bildirib: "Onlar 12 adda olan məhsulumuzu bəyəndiklərini bildirir, həmin ölkədə satışının təşkilindən məmnun qalacaqlarını söyləyirlər. Yaxın vaxtlarda İordaniyaya səfərimiz olacaq”. 

 

Naiq Məmmədhəsənov qeyd edib ki, Tovuz-Baltiya” şirkətinin məhsulları 10-dan artıq ölkəyə ixrac edilir. Şirkətin məhsul göndərdiyi bütün ölkələrdə ixtisaslaşdırılmış mağazaları var: "Həmin mağazalar xüsusi nəzarət altında saxlanılır. Bütün məhsullar orqanik sertifikatlarla təmin edilir. Fransanın Konyak şəhərinə isə müntəzəm olaraq müxtəlif çeşiddə konyak göndərilir. Bu da ölkəmizə valyuta gətirir. 2015-ci ildə həmin şəhərin meri Mişel Qurinças Azərbaycanda, o cümlədən Tovuzda olarkən Tovuz konyaklarının yüksək keyfiyyətli olduğuna görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirmişdir".

 

Azərbaycanda ilk özəl şirkətlərdən olan “Tovuz-Baltiya” LTD-nin istehsal etdiyi alkoqollu və alkoqolsuz içkilərə dünyanın bir çox ölkələrində böyük maraq göstərilir. Əsası 1989-cu ildə qoyulan “Tovuz-Baltiya” LTD şirkəti hazırda “Naiqin KO” korporasiyasının strukturlarından biridir və əsas məqsədi üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalıdır. “Tovuz-Baltiya” LTD Tovuz rayonunun Qovlar şəhərində yerləşir. 123 nəfər işçiyə malik Şirkətin 67 hektar üzüm bağı var.  

 

Şirkətin zavodunda üzümün keyfiyyətli sortlarından müxtəlif şərablar, həmçinin konyak spirti istehsal edilir. İstehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə edilir. 

27.03.2018 07:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ