Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"2018-in ikinci yarısında Azərbaycanda iqtisadi aktivlik daha da artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"2018-in ikinci yarısında Azərbaycanda iqtisadi aktivlik daha da artacaq"

“Sberbank Investment Research”in analitikləri investisiya fəallığı hesabına 2018-ci ilin II yarısında Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırırlar.

 

Reklam_3_11

“Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ÜDM-in artımı yanvar ayının 2% səviyyəsində göstərici ilə müqayisədə azalaraq 1,3% təşkil edib. Əsasən azalma qeyri-neft sektoru və investisya fəallığın azalması, həmçinin tikinti sahəsinə istehsalın 11,9% azalması ilə əlaqədardır. Qeyri-neft sektorunda 2018-ci ilin iki ayı ərzində illik artım yanvar ayında 3,9%-ə qarşı 2,3% təşkil edib”, - analitiklər “Bugünkü borc bazarları” icmalında qeyd edirlər.

 

“Sberbank Investment Research”in qiymətləndirmələrinə görə, yanvar-fevral aylarında digər sahələrdə artım davam edib (nəqliyyat sahəsi istisna təşkil edir, burada istehsal ötən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb). “Kənd təsərrüfatı sahəsində illik artım 3,4%, sənaye sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 1,4% olub, nəticədə qeyri-neft sektorunda artım 8,4% təşkil edib. Pərakəndə ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% artıb, İT və rabitə xidmətləri sahəsində artım 14% təşkil edib”, - icmalda qeyd olunur.

 

“Sberbank Investment Research”in analitikləri 2018-ci ilin ikinci yarısında investisiya fəallığının artmasını gözləyirlər və tikinti sahəsində inkişaf başlayacaq, xüsusilə infrastruktur layihələrinə dövlət xərclərinin artması hesabına (2018-ci ilin büdcəsinə uyğun olaraq 50%) baş verəcək. “Bu ÜDM-in əlavə artımını dəstəkləməlidir, hansı ki, cari il 2%-ə çata bilər”, - icmalda vurğulanır.

 

Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımı 1,5% səviyyəsində proqnozlaşdırır. 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,1% təşkil edib. 

 

© İnterfaks-Azərbaycan

27.03.2018 11:42

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ