Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaratmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaratmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaratmağı planlaşdırır.

 

Reklam_3_11

"Marja" "Anadolu" Agenliyinə istinadən xəbər verir ki, bunu  "SOCAR Türkiyə" şirkətinin icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

 

"Neft-kimya bazarı baxımından Türkiyə çox gözəl bir bazardır. Bu sahədə yeni investisiyalar üzərində çalışırıq. Bu məsələdə dövlətin də bizə böyük dəstəyi var. 2019-un əvvəllərində yeni investisiya qərarını verib, 2022-ci ilin sonunda yeni bir neft-kimya kompleksinin inşasını tamamlamağı planlaşdırırıq. Türkiyə iqtisadiyyatının ən böyük problemi cari kəsirdir. SOCAR olaraq bizim bütün layihələrimiz bu cari kəsirin bağlanmasına yönəlib. STAR Zavodu da, TANAP da, yeni planlaşdırdığımız neft-kimya kompleksi də cari kəsirin bağlanmasına milyardlarla dollar töhfə verəcəkdir".

 

Zaur Qəhrəmanov, bu ilin sentyabr ayında SOCAR-ın Egey Dənizi Emal Zavodunda (STAR) istehsalın başlayacağını bildirib.
 

"Bütün layihələr yaxşı gedir. Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) və STAR Zavodunun tikintisi davam edir. 2018-də artıq bu tikintilər bitəcək və son 8 ildə davamlı olaraq sərmayə qoyduğumuz, Türkiyənin ən böyük iki layihəsi tamamlanacaqdır. TANAP-da ilk qaz iyul ayında Türkiyədə olacaq. Sentyabr ayında da STAR Neftayırma Zavodunun istehsalı başlayacaq",- Z.Qəhrəmanov bildirib.


 
 Qəhrəmanov, ASOCAR-ın Türkiyədə planlaşdırdığı ümumilikdə 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlarının həyata keçirildiyini bildirərək, "Davam edən layihələrimiz başa çatanda bu rəqəm 16,5 milyard dollara çatacaq. Qalan 3 milyard dollarlıq hissə də yeni sərmayələr üçün 2018, 2019 və 2020-ci illərdə həyata keçirəcəyik" ifadələrini istifadə edib.

27.03.2018 12:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ