“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi
“Nar” Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza atdı.
Milli önəm kəsb edən məsələləri diqqət mərkəzində saxlayan “Nar” Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək Azərbaycan Ordusunun əsgərləri ilə görüş keçirdi.
Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki, “Nar”-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” nömrəli hərbi hissəyə gəlişi təşkil edilmişdi. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etdi.
Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin “Nar” brendinin əsas amallarından olduğunu bildirib.
“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına, sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd edib.
Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə “Nar”-dan xüsusi hədiyyələr, o cümlədən, 200-dən çox kitab hədiyyə olundu.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 26 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl