Nazirlik: Siqaretlərin vitrinlərdə görünməsi qadağan edilməlidir
Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir.
Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, satış obyektlərində tütün məmulatlarının görünməsinin özü elə onların reklamı hesab oluna bilər: "Bu, siqaret çəkməyən insanlarda belə onlara qarşı maraq yarada bilər. Siqaret vitrini tütünçəkməni təbliğ edir. Buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə üzrə qanunvericiliyə siqaretlərin vitrinlərdə görünməsinin qadağan edilməsi məsələsi daxil edilməlidir".
O qeyd edib ki, Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub. Lakin bu cərimələrin tətbiqi mexanizmi olmalıdır.
T.Musayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb: "Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5% düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 %-i növbəti il siqaret çəkməyə başlaya bilər”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
43 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır