Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çin Azərbaycana dəmir yolu çəkməyi gözdən keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Azərbaycana dəmir yolu çəkməyi gözdən keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi məsələsini gözdən keçirir.

 

KAZİNFORM xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Qazaxıstan Respublikasındakı səfiri Çjan Hanhuey mətbuat konfransında bildirib.

 

Diplomat Çinin Mərkəzi Asiyada böyük planları olduğunu və bunların həm ÇXR-ə, həm də Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini qeyd edib. Çjan Hanhuey bildirib: “Özbəkistandan və Qazaxıstandan keçməklə Türkmənistandan Çinə çəkilmiş qaz boru kəməri Honkonqa çatıb. Bu, dünyada ən uzun qaz boru xətti və ən mürəkkəb mühəndis sistemidir. Biz bunu etdik və məhz bu, müasir İpək Yoludur”.

 

Diplomat, həmçinin əlavə edib ki, Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib. Səfir deyib: “Bunun ardınca Türkmənistandan və Türkiyədən keçməklə Yaxın Şərqə, daha sonra Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi imkanlarını öyrənəcəyik. Bundan ötrü texnologiya mövcuddur”.

© Azərtac

27.03.2018 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ