Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıda böyük tələbə yataqxanası istifadəyə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda böyük tələbə yataqxanası istifadəyə veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir.

 

Reklam_3_11

Nazirlikdən verilən məlumata görə, ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar.

 

Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.

 

Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

28.03.2018 12:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ