Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları və hasilatı artıb - QİYMƏTLƏR DÜŞÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları və hasilatı artıb - QİYMƏTLƏR DÜŞÜR

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,6 milyon barel (0,4 faiz) artımla 429,9 milyon barelə çatdığını açıqlayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 0,3 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,6 milyon barrel geriləmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 3,5 milyon barrel (1,4 faiz) azalaraq 239,6 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barrel azalma göstərmişdi.
 

Xam neft hasilatı son 11 həftədə 10 dəfə yüksəlib

 

ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,07 milyon barel artımla 8,15 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 5 min barel artımla 1,58 milyon barelə çatıb.
 

ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 26 min barel artımla 10,43 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft hasilatı rekord səviyyəyə çatıb. ABŞ-da xam neft hasilatı son 11 həftədə 10 dəfə artım göstərmişdir.
 

EIA-nın Mart 2018 hesabatına görə, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il isə  gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur.

 

Məlumatın açıqlanmasından sonra neft qiymətləri düşüb. Bakı vaxtı ilə saat 21:50-yə olan məlumata görə,  Brent neftinin qiyməti 1%-dən çox düşərək 69,39 dollar olub.

28.03.2018 19:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ