Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Sabah, martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 751 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında martın 30-da şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

 

ETSN xəbərdarlıq edir ki, martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizidir. 

29.03.2018 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ