Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Universal Pro" və “Sumqayıt" FK əməkdaşlıq müqaviləsi imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Universal Pro" və “Sumqayıt" FK əməkdaşlıq müqaviləsi imzalayıb


29 Mart 2018-ci il tarixində “Sumqayıt" Futbol Klubu və "Universal Pro" MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

"Universal Pro" MMC-dən "Marja"ya verilən məlumata görə, imzalanan müqavilə bir il müddətində qüvvədə olacaq. Klubun oyunçularının geyimi üzərində "Universal Pro"nun loqosu əks olunacaqdır.

 

"Kapital Bank Arena"nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, baş məşqçi Samir Abasov, "Universal Pro MMC"nin təsisçisi Cavid İsmayılov, icraçı direktoru Ədalət Baxışov və marketinq meneceri Elşən Bayramov iştirak ediblər.

 

Daha sonra Riad Rəfiyev və Ədalət Baxışov müqaviləyə imza atıb. Ardınca "Universal Pro MMC"nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunan stadionlarla yaxından tanış olub.

 

"Universal Pro" MMC  inşaat sektorunda 1998-ci ildən fəaliyyət göstərir. Şirkət inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olur, müştərilərinə sənaye avadanlıqları və onların ehtiyat hissələri, şəxsi təhlükəsizlik avadanlıqları, qaldırıcı təhlükəsizlik avadanlıqları və onların ehtiyat hissələri, qazma və ümumi istifadə alətləri, əl alətləri (inşaat və avtomobil sahəsi), elektrik alətləri, elektrikli ölçü alətləri, kimyəvi maddələr, abraziv materiallar, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini təklif edir.

30.03.2018 13:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ