“PAŞA Həyat” gəlir və mənfəətini açıqlayıb
“PAŞA Həyat Sığorta” ASC-nin 31 dekabr 2017-ci il tarixinə mühasi̇bat balansını mətbuatda dərc etdirib.
“Marja” balansa istinadən xəbər verir ki, “PAŞA Həyat Sığorta” ASC ötən ili 13 milyon 71 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət 2016-cı ili 17 milyon 766 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Mühasibat uçotunun beynəlxalq standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən şirkətin xalis mənfəəti daha çoxdur. Bir neçə gün öncə “PAŞA Həyat Sığorta” ASC mətbuata göndərdiyi press-relizdə, Şirkətin Baş Maliyyə İnzibatçısı Dilarə Babayevanın sözləri ilə, “PAŞA Həyat”-ın ötən ildəki xalis mənfəətinin 17 milyon 330 min manat (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5% artım) təşkil etdiyi açıqlanmışdı.
Ötən il “PAŞA Həyat”ın cəmi gəlirləri 124 milyon 151 min manat, cəmi xərcləri isə 107 milyon 219 min manat təkil edib. Şirkət ötən il 3 milyon 861 min manat mənfəət vergisi ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 8 saat əvvəl