Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“BMW” zavodunun tikintisi üçün Azərbaycandan məhsullar alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BMW” zavodunun tikintisi üçün Azərbaycandan məhsullar alınır

Sumqayıt Texnologiya Parkı (STP) sinkləşdirilmiş metal məhsullarının Almaniyaya ilk tədarükünü həyata keçirib.

 

Reklam_3_11

Bu barədə STP-dən məlumat verilib.

 

Məlumata görə, həmin məhsullar Köln şəhərində “BMW” avtomobil şirkətinin yeni zavodunun tikintisi üçün satın alınır:

 

“Metal məhsullarının Almaniyaya ilk tədarükü barədə müqavilə “DMT Foundry GmbH” şirkəti ilə imzalanıb. Hazırda növbəti tədarüklə bağlı danışıqlar aparılır”.

 

Qeyd edək ki, Sumqayıt Texnologiya Parkının isti sinkləmə zavodunda materialların emalı üçün 9 vanna mövcuddur. Yükləmə və boşaltma proseslərində hər vanna üçün 6,3 ton gücündə krandan istifadə olunur. Toz və palçıqdan təmizləndikdən sonra materiallar birinci zonaya göndərilir.

 

Daha optimal iş, texniki xidmət və yüksək keyfiyyətli sink örtüyünün yaradılması üçün EN ISO 1461:2009 standartında “Zn 1 (99 995%)” sinif sinkdən istifadə olunur.

 

© Trend

31.03.2018 08:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ