Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” 2017-ni zərər ilə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” 2017-ni zərər ilə bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Sığorta” ASC 2017-ci ili 618,9 min manat zərər ilə başa vurub.

 

“Marja” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, ötən il “Qala Sığorta”nın cəmi gəlirləri 10 milyon 659 min manat, cəmi xərcləri isə 11 milyon 278 min manat təşkil edib.

 

Ötən il şirkətin topladığı sığorta haqları 10 milyon 914 min manat, sığorta ödənişləri isə 431,8 min manat təşkil edib. “Qala SIğorta” riskləri təkrarsığortaya verib. Belə ki, təkrarsığortaya verilmiş sığorta haqları  7 milyon 188 min manat təşkil edib.

 

“Qala Sığorta” ASC 2016-cı ili 226,6 min manat xalis mənfəət ilə başa vurmuşdu. Həmin il şirkətin cəmi gəlirləri 5 milyon 991 min manat, cəmi xərcləri isə 5 milyon 738 min manat təşkil etmişdi.

 

ŞİRKƏT BÖYÜYÜB

 

31 Dekabr 2017-ci il tarixində “Qala Sığorta” ASC 15 milyon 50 min manat cəmi aktivlərə, 7 milyon 271 min manat cəmi kapitala və 7 milyon 778 min manat cəmi öhdəliklərə malik olub.

 

Şirkət 2016-cı ilin sonunda 10 milyon 984 min manat cəmi aktivlərə, 7 milyon 890 min manat cəmi kapitala və 3 milyon 93 min manat cəmi öhdəliklərə malik idi.

 

"Qala Sığorta" şirkəti "Çartis Azərbaycan" Sığorta Şirkətinin hüquqi varisidir. 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, "Çartis Azərbaycan" Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.

01.04.2018 05:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ