Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq inflyasiya ilə bağlı yeni rəqəmlər öncəsi 1.2300$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, inflyasiya göstəriciləri üzrə 1.4%-lik artım proqnozları özünü doğruldarsa, bu, məzənnənin 1.2482$-a kimi bahalaşmasına təsir edə bilər.

 

Eyni zamanda, cümə günü saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi da 1.42$-a kimi bahalaşsa da, üzərində möhkəmlənə bilməyib, 1.40$-a kimi ucuzlaşıb. Lakin maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntiləri də artıb. Bu baxımından qiymətin yenidən 1.42$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır.

 

TRY

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.96TL-ə ticarət edilməkdir və qiymətin yenidən 4.00TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da dərc ediləcək inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da, məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

OIL

Enerji bazarlarında neft qiymətləri keçən həftə 68$-a kimi ucuzlaşdıqdan sonra yenidən 69$-a kimi dəyər qazanıb. Dünya bazarlarında neftə olan tələbin yüksək olaraq qalması, dolların ucuzlaşması fonunda neft qiymətlərinin daha da bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$ və 73$-a kimi də dəyər qazana bilər.

 

GOLD

Əlvan metallar bazarlarında da qızılın bir unsiyası üzrə qiyməti 1321$-a (42.4 $/qram) kimi ucuzlaşdıqdan sonra 1329$-a (42.6 $/qram) kimi dəyər qazanıb və bu səviyyənin üzərində qaldıqca, 1343$ (43.1 $/qram), 1354$-a (43.4 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

02.04.2018 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ