Türk Hava Yollarının yeni endirimli qiymətləri

Türk Hava Yolları ilə İstanbula vergilər daxil 119 avrodan başlayan qiymətlərlə səyahət edə bilərsiz.

 

Buna əlavə olaraq Türk Hava Yolları, Türkiyədən Azərbaycana gələn turist sayısının artırılması məqsədi ilə İstanbul çıxışlı biletlər üçün də endirim kampaniyasını tətbiq etməyə başlamışdır.

 

Gəncə-İstanbul-Gəncə 119 Avro

 

Naxçıvan-İstanbul-Naxçıvan 119 Avro

 

Bakı-İstanbul-Bakı 159 Avro

 

İstanbul-Gəncə-İstanbul 129 USD

 

İstanbul-Naxçıvan-İstanbul 129 USD

 

İstanbul-Bakı-İstanbul 179 USD

 

Şərtlər:

 

Satış Müddəti: 30 Yanvar 2017 – 19 Fevral 2017

Səyahət Müddəti: 09 Fevral 2017 – 30 Aprel 2017 Baqaj haqqı: 30 kq.

 

Qeyd: Biletlər, səyahətin başlanğıc günündən 10 gün əvvəl alınmalıdır.

 

Bundan başqa 30 kq baqajı şəhər mərkəzindən Atatürk hava limanına aparmaq qayğısını da aradan qaldırdıq. Belə ki, MiniPort xidməti sayəsində baqajı Taksim ofisimizə təhvil verib hava limanında təhvil almaq mümkündür( və ya əksinə). Sərnişinlər indi MiniPort ofislərində və ya müqavilə olan otellərdə öz baqajını qoya bilər və uçuşdan əvvəl gün ərzində rahatca gəzə bilərlər.

 

MiniPort Baqaj xidməti necə işləyir?  

 

-Sərnişin MiniPort ofisimizi ziyarət edərək oradakı işçiyə uçuşu barədəməlumat verməlidir.  

 

-Ehtiyac olarsa, online qeydiyyat həyata keçiriləcəkdir və baqajın qəbul  edilməsi haqda qəbz təqdim olunacaqdır.  

 

-Sərnişinin baqajı Taksimdə və ya müqavilənin mövcud olduğu oteldən Hava Limanının metro hissəsində yerləşən MiniPort ofisinə qədər çatdırılacaqdır.  

 

-Sərnişin Miniport ofisindən baqajını götürdükdən sonra Hava Limanının qeydiyyat masalarına təqdim edərək boarding kartını alacaqdır.  

 

-Taksim Miniport ofisindən hər gün 3 fərqli saatda shuttle xidməti mövcuddur: 1-ci Gediş: 9.00 2-ci Gediş: 13.30 3-cü Gediş: 18.30 Əlavə məlumat üçün miniport.istanbul/en səhifəsini ziyarət edə bilərsiz.

30 Yanvar 2017 , 18:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin