Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft ticarət müharibəsi xofu ilə ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ticarət müharibəsi xofu ilə ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ticarət mühaibəsi qorxusu sərmayəçilərin əmtəə və digər riskli aktivlərdən çıxmasına səbəb olur. Bununla əlaqədar olaraq neft qiymətlərində  təxminən iki ayın ən böyük enişi baş verib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Çinin ABŞ-a cavab addımı olaraq təxminən 3 milyard dollar məbləğindəki ABŞ məhsullarına əlavə vergi tətbiq etməsi, dünyanın ən böyük iqtisadiyyatları arasında artan xarici ticarət problemlərinin son halqası oldu. Digər tərəfdən, ABŞ-da Çərşənbə günü Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanacaq məlumatların neft ehtiyalarının son altı həftədə beşinci dəfə artdığını göstərməsi gözlənilir. 

 

Sərmayəçilər ABŞ Prezidenti Donald Trampun himayəçi siyasətlərinə Çinin daha sərt cavab verəcəyindən narahatdırlar. Bu da qlobal iqtisadi inkişafa mənfi təsir edə bilər və neftə təlabat azalar.

 

Analitiklər bildirirlər ki, ABŞ ilə Çin arasında xarici ticarət mövzusunda artan anlaşılmazlıq, ABŞ-da neft hasilatının və ehtiyatlarının artması neft qiymətlərinin daha da aşağı düşməsinə səbəb ola bilər.

 

Bakı vaxı ilə saat 07:50-yə olan məlumata görə, Qərb Teksas nefti (WTI) 63.20 dollardan, Brent nefti  67.84 dollardan aıcı tapıb. Dünən Brent nefti 2.5% ucuzlaşıb.

03.04.2018 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ