“Azərbaycan Sənaye Sığorta” mənfətinin azalmasının səbəblərini açıqladı
Xəbər verdiyimiz “Azərbaycan Sənaye Sığorta” ASC 2017-ci ili 141,5 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilin xalis mənfəəti ilə müqayisədə 12 dəfə azdır. Şirkət 2016-cı ili 1 milyon 735 min manat xalis mənfəətlə bağlamışdı. Ətraflı: http://marja.az/news/22553
“Azərbaycan Sənaye Sığorta” şirkəti mənfəətin kəskin aşağı düşməsini şərh edib.
“Azərbaycan Sənaye Sığorta” şirkətinin baş mühasibi Gülmira Quliyeva “Marja”ya bildirdi ki, xalis mənfəətin azalmasına əsasən xalis ehtiyatların dəyişməsi və ötən il kənd təsərrüfatı birkilərinin sığortası üzrə ödənişərin artması təsir edib:
“Xalis ehtiyatların dəyişməsinə bir çox amillər təsir edir. Əgər 2016-cı ildə sığorta ehiyatlarının 1 milyon 643 min manatı gəlirə çevrilmişdisə, 2017-ci ildə bu məbləğ 275,3 min manat təşkil etmişdir. Əgər ehtiyatların gəlirə çevrilməsi az olmasaydı, xalis mənfəətimiz kəskin azalmazdı.
Xərclərin artmasının digər bir səbəbi sığorta ödnişlərinin artmasıdır. 2017-ci ildə don və dolu düşməsi nəticəsində sığortalanmış əkin sahələrinə böyük zərər dəydi. Bu zərər ödənişlərin 2016-cı illə müqayisədə 480 min manat artmasına səbəb oldu”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
46 d. əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 47 d. əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl