Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Cənub Qaz Dəhlizi” öhdəliklərinin 78%-ni icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cənub Qaz Dəhlizi” öhdəliklərinin 78%-ni icra edib

Bu günə kimə “Cənub Qaz Dəhlizi” QSC (“CQD”) və onun törəmə müəssisələri tərəfindən Cənub Qaz Dəhlizinə daxil olan layihələrə 8,9 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib.

 

Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib.

 

Qeyd edilib ki, bu məbləğin 0,4 mlrd. dolları 2018-ci ilin ötən dövrünün, 2,3 mlrd. dolları isə 2017-ci ilin payına düşür. Bu günə kimi CQD layihələrdə olan iştirak paylarına aid maliyyə öhdəliklərinin 78%-ni icra edib.

 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

 

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

 

Bu il üçün Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə, təqribən, 1,3 mlrd. dollar məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır.

 

© Report

03.04.2018 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ