Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergi ödəyiciləri inzibatçılığın sadələşdirilməsini istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi ödəyiciləri inzibatçılığın sadələşdirilməsini istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır".

 

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır.

 

"Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra  bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.

 

© APA

03.04.2018 11:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ