Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın xam neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLDİ

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barrel (1,1 faiz) azalaraq 425,3 milyon barrelə gerilədiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,6 milyon artım göstərmişdi.
 

Reklam_3_11

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 1,1 milyon barrel (0,5 faiz) azalaraq 238,5 milyon barrelə enib.
 

Benzin ehtiyatlarına dair bazar gözlənti 1,3 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,5 milyon barrel azalma göstərmişdi.
 

ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 250 min barrel azalma ilə 7,9 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 597 min barel artımla 2,17 milyon barelə çatıb.
 

XAM NEFT HASİLATI SON 12 HƏFTƏDƏ 11 DƏFƏ YÜKSƏLİB

 

ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 27 min barel artımla 10,46 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft hasilatı son 12 həftədə 11 dəfə artım göstərib və rekord səviyyəyə çatıb. 
 

EIA-nın Mart 2018 hesabatına görə, ölkənin bu il xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il isə xam neft hasilatının gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur.
 

NEFT QİYMƏTLƏRİ ARTMIŞDIR
 

ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətlərində artım baş verib  Brent nefti 68,34 dollara, ABŞ-ın Qərbi Texas (WTI) nefti isə 63,65 dollar olub (Bakı vaxtı ilə saat 09:0-a olan məlumat)
 

05.04.2018 07:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ