Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bir sahədə şirkət çoxdursa, yenisinin yaradılmasına icazə verilməməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir sahədə şirkət çoxdursa, yenisinin yaradılmasına icazə verilməməlidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Marja" 10 ildən artıqdır bir neçə şirkətə rəhbərlik edən iş adamı, "Zəfəroğlu inşaat"ın rəhbəri Zəfər Məmmədovun məqaləsini təqdim edir.


 

Rəqabət sahibkarın tənəzzülünə yox, biznesin inkişafına xidmət etməlidir

 

Çoxlarından fərqli olaraq dövlətin iqtisadiyyat üzərində nəzarətini zəruri sayıram. Yəni dövlət yeni-yeni formalaşan iqtisadiyyatın tənzimlənməsində maraqlı olmalıdır. Konkret təklifim ondan ibarətdir ki, İqtisadiyyat nazirliyinin tərkibində yeni bir şöbə yaradılsın və bu qurum sahibkarlıq fəaliyyətinin qeydə alınması ilə bağlı nəzarəti öz üzərinə götürsün.

 

Bu iş necə qurulacaq?

 

İqtisadiyyat nazirliyinin tərkibində yaradılacaq yeni qurum istənilən sahədə fəaliyyət göstərmək istəyən sahibkarın müraciətinə baxacaq. Əgər həmin sahədə kifayət qədər şirkət fəaliyyət göstərirsə, yəni tələbat yoxdursa sahibkara mənfi cavab verilir. Axı niyə tələb olmayan yerdə yeni şirkət yaradılıb, digər sahibkarların da fəaliyyətinə zərər yetirilməlidir? Kimlərsə deyə bilər ki, bu rəqabət mühitinə mənfi təsir göstərəcək. Amma mənim fikrim ondan ibarətdir ki, bu cür rəqabət şirkətləri möhkəmləndirmək əvəzinə onları məhvə aparır. İstənilən halda biznes tələb və təklif əsasında qurulur. Tələb olmadığı halda nəyisə təklif etmək isə özü ilə bərabər digərlərinin də biznesinə zərər vurmaq deməkdir.

 

Reallıq

 

Hər kəs yaşadığı ərazidə bir-birinə bitişik, qarşı-qarşıya yerləşən marketləri müşahidə edir. Misal üçün Xırdalanın mərkəzində 6 böyük şəbəkə marketinin fəaliyyət göstərdiyini deyə bilərik. Hansı ki, həmin ərazidə 2 və ya 3 böyük market artıqlaması ilə Xırdalan sakinlərinə xidmət göstərə bilər. Əlbəttə ki, bu cür rəqabət biznesin inkişafından daha çox, onun batmasına xidmət edir. Əgər dövlətin bu məsələlərə nəzarət edən qurumu fəaliyyət göstərsə, sahibkarları həmin ərazidə 4-cü 5-ci marketləri açmaqdan çəkindirər və həmin sahibkarları təlabat olan digər sahələrə yönəldər. Misal üçün xaricdən idxal edilən ərzaq məhsullarının istehsalı təklif edilə bilər. Bu həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm yerli istehsalın inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından əvəzsiz addım olar.

 

Elektron xidmət

 

Düzdür dövlət başçısı lisenziyaların azaldılması və sahibkarların azad formada, istədiyi sahədə bizneslə məşğul olmalarına şərait yaradılmasına göstəriş verib. Bu özlüyündə çox mütərəqqi qərardır və iş adamlarının önünü kəsən bəzi neqativ halların qarşısının alınmasında müstəsna rol oynadı. Ona görə də biz yeni yaradılan qurumun elektron qaydada fəaliyyətinin təşkilini təklif edirik. Tutaq ki, yeni taksi şirkəti qurmaq istəyən sahibkar elektron qeydiyyata müraciət edir və bu zaman Bakı şəhəri üçün kifayət qədər taksi şirkətinin fəaliyyət göstərdiyi qeyd edilir. Elə elektron xidmət avtomatik olaraq həmin sahibkarın önünə tələbat olan digər oxşar sahələri çıxarır. Misal üçün bu məktəblilərin xüsusi avtobuslarla daşınması üçün şirkət ola bilər ki, günümüzdə buna həqiqətən də ehtiyac var.

 

Onu da təklif edirəm ki, bu şöbənin tərkibində kifayət qədər təcrübəli iqtisadçılar fəaliyyət göstərsin. Həmin mütəxəssislər müraciət edən sərmayədarlara qurmaq istədikləri şirkətə nə qədər tələbat olması, rəqibləri, riskləri və sairlə bağlı məlumat versin. Yəqin hər kəs paytaxtda uşaq baxçalarına böyük ehtiyac olduğunu bilir. Elə tələbatın olmağı iş adamlarını həmin sahəyə yönəlməyə şirnikləndirir. Lakin bəzi sahibkarlar heç bir marketinq araşdırması aparmadan, şəhərin tələbat olmayan, 7-8 baxçanın arasında öz baxçasını açır və təbii olaraq həm özünə, həm də partnyorlarına zərər vurur. Yeni yaradılan baxçaların standartlara cavab verməməsi isə məsələnin digər tərəfidir.

 

Nəzərə almaq lazımdır ki, çox vaxt sahibkarlar qurduğu biznesin amartizasiya xərclərini hesablamır. Yəni hər kəs biri-birinin bəhsinə eyni sahəyə yönəlir və nəticədə gəliri tədricən azalır. Bu da gələcəkdə vergidən yayınma hallarına gətirib çıxarır. Bu cür halların qarşısını isə yenə təklif etdiyimiz qurum ala bilər.

 

Razılaşaq ki, ətrafımıza nəzər saldıqda cəmi 7-8 xidmət sahəsini əhatə edən obyektlərə rast gəlirik. Ət və meyvə tərəvəz dükanları, bərbər, çay evləri, dönərxanalar və sair. Başqa nələr edə bilərik? Bununla bağlı heç kimdə fikir yoxdu. Əslində görüləcək alternativ işlər çoxdur. Misal üçün peşə məktəblərinin müasir iqtisadi sistemin tələblərinə cavab verməməsi iş axtaranlarla yanaşı, sahibkarların da işini çətinləşdirib. Bu gün texnologiyaya əsaslanan zaovd fabriklərin, dizayn şirkətlərinin, hətta xidmət sahəsinin tələblərə cavab verən işçilərə ehtiyacı var, lakin bu sahədə mütəxəssis hazırlayan peşə məktəblərimiz demək olar ki, yoxdur. Bir-birini təqlid edib, sonra da gəlirlərinin az olmasından şikayətlənməkdənsə bu boşluq doldurula bilər. Elə yaradılmasını təklif etdiyimiz qurumun əsas özəlliklərindən biri də təlabat olan alternativ sektorların elektron qaydada bazasının yaradılmasıdır.

 

Tənzimlənən iqtisadiyyatın dünya təcrübəsi

 

Çoxları fikirləşə bilər ki, biz mütərəqqi qərb iqtisadi modelindən uzaqlaşıb, keçmiş, tamamilə mərkəzdən idarə olunan sovet sistemini təklif edirik. Əsla. Bizim təklif etdiyimiz model dünyanın ən çox inkişaf etmiş ölkələrində də tətbiq edilir. İqtisadiyyatın dövlət tənzimlənməsinin daha çox inkişaf etmiş mexanizmi əsasən Qərbi Avropa ölkələrində - Fransa, Almaniya, Hollandiya, Skandinaviya ölkələri, Avstriya, İspaniya, eləcə də, Yaponiyada təşəkkül tapıb. Avropa ölkələrindən fərqli olaraq iqtisadiyyata dövlət müdaxiləsi ABŞ, Kanada, Avstraliya, kimi ölkələrdə məhdud sayıla bilər, amma nəzərə alaq ki, ABŞ-da 100-dən çox təşkilat və idarə müxtəlif səviyyələrdə iqtisadiyyatın tənzimlənməsilə məşğul olurlar. Hətta bu məqsədlə ildə 100 milyard dollardan çox vəsait sərf edilir.

 

Təklif etdiyim model ölkəmizdə həm iqtisadi inkişafa təkan verəcək, həm də iş adamlarının, onların bizneslərinin qorunmasında əvəzsiz rol oynayacaq. Bəli biz sahibkarların tamamilə əl-qolunun bağlanması və yalnız ona cızılan çərçivədə hərəkət etməsinin tərəfdarı deyilik. Biz ağılla idarə olunan sahibkarlığın və sistemin tərəfdarıyıq. O, sistem ki, iş adamları üçün yeni imkanlar yaradacaq. Unutmamalıyıq ki, dövlətin vəzifəsi ayrı-ayrı sahibkarların hüquqlarını müdafiə etməklə yanaşı, həm də ümumi sistemi qorumaqdır.

05.04.2018 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ