Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"5 milyon dollar qənaət edilib, avtomobillər daha ucuz istehsal ediləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"5 milyon dollar qənaət edilib, avtomobillər daha ucuz istehsal ediləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, ekspertlər və KİV nümayəndələri “Khazar” Avtomobil Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.

 

Məlumat verilib ki, martın 29-da Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon dollardır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir.

 

Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

 

İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

 

“Khazar” Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon dollara qənaət edilib. Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda 300 nəfər işlə təmin olunacaq.

 

Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

 

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri görülüb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal modulu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə), texniki və köməkçi binalar (1000 m2) tikilib. Ümumilikdə, hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.

05.04.2018 15:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ