Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünya bazarında kərə yağının qiyməti sürətlə artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya bazarında kərə yağının qiyməti sürətlə artır

Qlobal ərzaq qiymətləri martda artıb.

 
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 1,1 faiz artaraq 172,8 bənd olaraq baş tutub. İndeks, ötən ilin eyni ayı ilə müqaisədə isə 0,7 faiz artmışdır.
 

Qlobal ərzaq qiymətlərinin yüksəlməsinə iri dənəli taxıl və süd qiymətlərindəki güclü artım təsir göstərib. Qarğıdalı, taxıl və süd məhsullarında baş verən artım, şəkər və bitki yağı qiymətinin aşağı düşməsilə bir qədər tarazlanıb.
 

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 2,7% artıb. Sözügedən artıma ABŞ və Avropadakı mənfi hava şərtləri təsir göstərib.
 

Güclü qlobal tələbatın təsirilə kərə yağı, pendir və süd tozu qiymətlərinin artması ilə Süd Məhsulları Qiymət İndeksi martda 3,3 faiz yüksəlib.
 

Şəkər Qiymət İndeksi həmin dövrdə 3,4 faiz azalarkən, Bitki Yağı Qiyməti İndeksi çox az bir azalma qeyd edərək 156,8 bənd səviyyəsində baş tutub. Ət Qiyməti İndeksi isə bu dövrdə dəyişməyib.

05.04.2018 17:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ