Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da qazma qurğularının sayı artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazma qurğularının sayı artdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilən neft qazma qurğularının sayı bu həftə artıb.


"Marja" xəbər verir ki, neft sahəsinə xidmət şirkətlərindən "Baker Hughes"un həftəlik məlumatlara görə, 31 Mart-6 Aprel dövründə ABŞ-da 11 neft qazma qurğusu istifadəyə verilib.
 

Beləliklə, ötən həftə 797 olan ABŞ-ın ümumi neft qazma qurğusu sayı bu həftə 808-ə yüksəlib.
 

Bu nəticə ilə ölkədəki neft qazma qurğularının sayı son 11 həftədə 9 dəfə artım göstərmişdir.
 

Neft qazma qurğulaının sayındakı həftəlik artımdan sonra qlobal bazarda neft qiymətləri düşüb.
 

Brent növü xam neft 66,88 dollara, Qərbi Texas (WTI) tipli xam neft də 61,81 dollara qədər geriləyib.

 

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Qazma qurğularınım sayının artması qazılan neft quyularının sayının artması deməkdir. Bu da yaxın gələcəkdə yeni quyular ilə hasilatın artması ilə nəticələnə bilər.

07.04.2018 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ