Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sığortaçıların təkliflərinin əksəriyyəti qəbul edilib - PALATADA GÖRÜŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortaçıların təkliflərinin əksəriyyəti qəbul edilib - PALATADA GÖRÜŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) kənd təsərrüfatı sığortası mövzusunda görüş keçirilib. Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov, ASA-nın sədri Mustafa Abbasbəyli və ASA-nın nəzdində Kənd təsərrüfatı sığortası üzrə İşçi qrupunun nümayəndəsi iştirak edib.


 “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı sığortaçılar tərəfindən Qanun layihəsinə edilən düzəliş və əlavələr nəzərdən keçirilib və təkliflərin sığorta bazarı üçün əhəmiyyəti qeyd olunub.


Müzakirələrin yekununda sığortaçıların təkliflərinin əksəriyyətinin qəbul edilməsi barədə razılıq əldə edilib.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən “Kənd təsərrüfatı sığortası” haqqında Qanun layihəsi hazırlanmışdır. Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” layihəsi ilə əlaqədar 16 fevral tarixində İşçi Qrupu formalaşdırılmışdır. Sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərdən ibarət olan İşçi qrupunun mövzu üzrə üç görüşü keçirilmişdir. 

 

07.04.2018 11:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ