Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncə avtomobil zavodu 85% “Aqrolizinq”dən asılıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə avtomobil zavodu 85% “Aqrolizinq”dən asılıdır

Bu gün Azərbaycan Kənd Təssərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında “Aqrolizinq” ASC-yə müqavilə əsasında təhvil verilən Gəncə avtomobil zavodu istehsalat birliyində istehsal olunan, pambıqçılıqda istifadə olunan “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

 

Reklam_3_11

Tədbirdə kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Aqrolizinq” ASC-nin, Gəncə Avtomobil zavodunun və Maşin Sınaq Stansiyasının nümayəndələri iştirak edib

 

Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkminləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə avtomobil zavodu istehsalat birliyi mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tututulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. 

 

“Bu gün demək olar ki, bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün növ texnikalar və avadanlıqlar alınıb. Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçik ölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xirda problem dərhal həll olunur”- deyə Kənd Təssərrüfatı Nazirinin müavini əlavə edib.

 

Texnikalara baxış zamanı “Aqrolizinq” ASC-nin Idarə Heyətinin sədri Elşən Məmmədov və Gəncə avtomobil zavodu istehslat birliyini direktoru Kamran Nəzərov da iştirak edib. Söhbət zamanı iki tərəfli əməkdaşlıq, texnikaların təkminləşdirlməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə məsələlər müzakirə olunub. Gəncə avtomobil zavodu İB-nin direktoru Kamran Nəzərovun sözlərinə görə 2007-ci ildən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıqlar, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib.

 

“Bu günədək Gəncə avtomobil zavodu İB- də 10000 ədəd müxtəlif markalı  traktorlar yığılıb, onlardan 8466-ci dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib (istehsalın 85%-i).

 

Bu il “Aqrolizinq” ASC ilə yeni müqavilə imzalamışıq və 1000 traktor və 700 traktor qoşqusu istehsal edərək təhvil verəcəyik. Müəssisəmizdə istehsal olunan kənd təsərrüfatı texnikalarının keyfiyyətinə nəzarət etmək məqsədilə “Aqrolizinq” ASC-nin və Gəncə avtomobil zavodu İB mütəxəssislərindən ibarət qrup yaradılıb. Çalışırıq ki, fermerlər və iş adamları müəssisəmizdə istehsal olunan texnikaların keyfiyyətindən məmnun qalsınlar” deyə Kamran Nəzərov əlavə edib.

07.04.2018 14:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ