Rusiyalı iş adamları bir gündə 12 milyard dollar itiriblər
Rusiyanın 50 ən zəngin adamının ümumi sərvəti bir gün ərzində 11,7 milyard ABŞ dollarından çox azalıb.
RBK xəbər verir ki, bu, "Forbes" jurnalının mütəxəssislərindən alınan və real vaxtla hesablanmış məlumatlardan görünür.
"Forbes" jurnalının siyahısında yer alan şəxslərin kapitalı Rusiyada fond bazarının çökməsinin ardından reallaşıb. Belə ki, bazar ertəsi "Mosbirja" indeksində 9%-dən çox, RTS indeksində isə, təxminən, 11% azalma qeydə alınıb.
"Rusal" "En + Group" səhmlərinin dəyərinin, demək olar ki, dörddə bir ölçüdə və ya 1,3 milyard dollar dəyərində kəskin azalması fonunda itkilər üzrə lider Oleq Deripaska olub.
"Norilsk nikeli"in əsas sahibi Vladimir Potanin də şirkətin səhmlərinin aprelin 9-da 15% azalması ilə əlaqədar 1,3 milyard dollar itirib.
Günün ən çox itirənləri siyahısında üçüncü və dördüncü yerlərdə Viktor Vekselberq (-908 milyon dollar) və Süleyman Kərimov (-813 milyon dollar) qərarlaşıb. Onların adları ABŞ Maliyyə Nazirliyi tərəfindən aprelin 6-da dərc edilən sanksiya siyahısında yer alıb.
"Forbes" jurnalının hesablamalarına görə, aprelin 9-da fond bazarının çökməsi nəticəsində Leonid Mixelson (-755 milyon dollar), Gennadi Timçenko (-716 milyon dollar), Vladimir Lisin (-578 milyon dollar), Roman Abramoviç (-534 milyon dollar), Vahid Ələkbərov (-519 milyon dollar) da böyük itki ilə üzləşib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
40 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 56 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl