Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

126 milyon manatlıq zərərdən sonra mənfəətə çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
126 milyon manatlıq zərərdən sonra mənfəətə çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı sement istehsalçısı “Holcim Azərbaycan” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 321,285 mln. manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,2% azdır.

 

2017-ci ildə “Holcim Azərbaycan”ın cəmi öhdəlikləri 1,9% artaraq 41,985 mln. manata, cəmi kapitalı isə 1,45% artaraq 122,928 mln. manata çatıb.

 

Ötən il şirkətin mal satışından gəlirləri 106,998 mln. manat (əvvəlki ilə nisbətən 37,3% çox), satışının maya dəyəri 60,211 mln. manat (27% çox), çatdırılma xərcləri 12,595 mln. manat (19,7%), ümumi və inzibati xərcləri 12,555 mln. manat (16,35% çox), əmlak, qurğu və avadanlıqların silinməsi üzrə zərəri 147 min manat (əvvəlki il gəlir olub), satış xərcləri 5,613 mln. manat (1,7% az), maliyyə gəlirləri 46 min manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 11,395 mln. manat (cüzi az), məzənnə fərqindən zərəri 1,502 mln. manat (94,1% az), mənfəət vergisi xərcləri 1,257 mln. manat (əvvəlki ilə bu xərclərə qənaət edib) təşkil edib.

 

Son nəticədə “Holcim Azərbaycan” 2017-ci ili 1 milyon 759  min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 27 milyon 8 min manat, 2015-ci ildən isə 99 milyon 139 min manat xalis zərərlə çıxmışdı.

 

Xatırladaq ki, "Holcim Azərbaycan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

© Report

10.04.2018 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ