Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Turizm şirkətlərinin vahid reyestri yaradıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm şirkətlərinin vahid reyestri yaradıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda turizm fəaliyyəti ilə bağlı lisenziyanın ləğvindən sonra bazara daxil olan yeni şirkətlər müştərilərə göstərilən xidmətin keyfiyyəti ilə bağlı problem yaradıb. 

 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

 

"Bələdçilik və otellərdə yerləşdirmə ilə bağlı xarici vətəndaşlara göstərilən xidmətlərdə mənfi hallar mövcuddur", - deyə o, qeyd edib. 

 

R.Quliyev deyib ki, vəziyyətdən çıxış yolu kimi Azərbaycanda turizm şirkətlərinin vahid reyestrinin yaradılması gözlənilir: "Reyestr deyəndə elə başa düşülür ki, hansısa bürokratik əngəllər olacaq. Əslində belə bir şey yoxdur. Azərbaycan Turizm Şurasında 17 qurum təmsil olunur. Burada ciddi şəkildə turizmlə bağlı problemlərin aradan qaldırılması ilə məşğul olurlar. Məqsəd ondan ibarətdir ki, koordinasiya və monitorinqin aparılması imkanı daha da asanlaşsın. Bu gələcəkdə statistik məlumatların toplanmasına və işin daha səmərəli qurulmasına xidmət edəcək".

 

© Report

10.04.2018 10:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ