Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropada mənzil qiymətləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada mənzil qiymətləri artıb

Mənzil qiymətləri, 2017-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Avro Bölgəsində 4,2 faiz, Avropa Birliyində (AB) 4,5 faiz yüksəlib



"Marja" xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatlara görə, mənzil qiymətləri indeksilə ölçülən mənzil qiymətləri 2017-nin dördüncü rübündə 2016-ci ilin eyni dövrü ilə müqayisədə Avro Bölgəsində 4,2 faiz, Avropa Birliyində (AB) 4,5 faiz artıb.
 

Ötən ilin dördüncü rübündə üçüncü rübə nisbətən mənzil qiymətləri isə Avro Zonasında 0,9%, AB-də 0,7% artım göstərib.
 

AB üzvü ölkələri arasında, 2017-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrünə nisbətən mənzil qiymətlərində ən çox artım 11,8%-lə İrlandiyada qeydə alınıb. Sonra 10,5% ilə Portuqaliya və 10%-lə Sloveniya yer tutur. Bu dövrdə mənzil qiymətlərində yeganə azalma görülən ölkə 0,3%-lə İtaliya olub.
 

Mənzil qiymətlərində dördüncü rübdə əvvəlki rüblə müqayisədə ən çox artımın baş verdiyi ölkələr, 3,7% ilə Sloveniya, 3,2 faiz ilə Xorvatiya və 2,7 faiz ilə Cənubi Kipr olub. Həmin dövrdə mənzil qiymətlərində ən çox azalma görülən ölkələr 2,8%-lə İsveç, 1,7% ilə Danimarka, 0,4%-lə Belçika və  0,3%-lə Finlandiya olub.

 

Avropanın ən böyük iqtisadiyyatı Almaniyada isə mənzil qiymətləri ötən ilin son rübündə əvvəlki ilin eyni rübünə nisbətən 3,7 faiz və üçüncü rübə nisbətən də 1,6 faiz yüksəlib.

12.04.2018 05:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ