Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC-in neft hasilatı martda azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı martda azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı mart ayında fevral ayı ilə müqayisədə 201 min barel azalaraq 31 milyon 960 min barrelə enib.
 

"Marja" xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, martda qlobal neft hasilatı əvvəlki ayala müqayisədə gündəlik 180 min barrel artaraq 98 milyon 150 min barel olub.
 

Reklam_3_11

Bu dövrdə OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 380 min barel artaraq 66 milyon 200 min barelə yüksəlib.
 

OPEC-in xam neft istehsalı keçən ay bir əvvəlki aya nisbətən gündəlik 201 min barel düşərək 31 milyon 960 min barrelə enib. OPEK-in martda qlobal neft hasilatı içindəki payı da 32,6 faiz olaraq hesablanıb.
 

Keçən ay OPEC daxilində ən çox xam neft istehsalı artımı Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Qətərdə baş verərkən, Anqola, Venesuela və Əlcəzairdə hasilat azalıb.
 

Birləşmiş Ərəb Əmirliklərində gündəlik hasilat martda əvvəlki ayla müqayisədə 44 min 900 barrel, Nigeriyada 18 min 200 barrel, Qətərdə isə 16 min 100 barrel artıb.
 

Anqolada gündəlik hasilat 81 min 700 barel, Əlcəzair 49 min 500 barrel düşüb. İqtisadi və siyasi sahədə çətin bir dövrdən keçən Venesuelada isə gündəlik hasilat təxminən 55 min 300 barrel azalaraq 1 milyon 488 min barrelə enib.
 
 

Qlobal tələbat artmağa davam edəcək
 

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi ötən illə müqayisədə gündəlik 1 milyon 630 min barrel artaraq gündə 98 milyon 700 min barrelə çatacaq. Bu ilin dördüncü rübündə, dünya neft tələbində gündəlik 100 milyon barellik artım nəzərdə tutulur.
 
 

12.04.2018 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ