Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Turizm və Menecment Universitetinə prorektor təyin olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm və Menecment Universitetinə prorektor təyin olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyinat olub


 

Reklam_3_11

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

 

12 aprel 2018-ci il tarixində Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri Vüqar Məmmədovun iştirakı ilə ATMU-da kollektivə Anar Eminov prorektor kimi təqdim edilib.

 

Qeyd edək ki, Anar Nazim oğlu Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olmuş, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülmüşdür. Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnmişdir.

 

2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Dünya İqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vuran A.N.Eminov 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 

2010-cu ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə menecment və marketinq” kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən etibarən isə “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışan A.N.Eminov rus, ingilis və türk  dillərini bilir. 2016–cı ildən “Marketinq” kafedrasının dossentidir. Hal hazırda elmlər doktoru proqramı üzrə təhsilini başa vurmaq üzrə olan A.N.Eminov yerli və beynəlxalq elmi jurnallarda (Fransa, Türkiyə, Rusiya, Bolqarıstan, Qırğızıstan vəs.) çap edilmiş 70 – dək məqalə, 1 monaqrafiya və 4 dərs vəsaitinin müəllifidir.

12.04.2018 14:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ